Azərbaycanla Özbəkistan əczaçılıq sahəsində əməkdaşlıq edəcək
![Azərbaycanla Özbəkistan əczaçılıq sahəsində əməkdaşlıq edəcək](/uploads/posts/2020-01/1578901736_15759702971591455327_1000x669.jpg)
Özbəkistan Respublikası Səhiyyə Nazirliyi yanında Əczaçılıq Sənayesinin İnkişafı Agentliyinin Elm və təhsil şöbəsinin müdiri Əziz Dusmatov ölkəmizdə səfərdə olub, burada Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin direktoru Murad Süleymanovla görüşüb.
Aktual məsələlərin müzakirə edildiyi, əhəmiyyətli mövzular üzrə fikir mübadiləsinin aparıldığı görüş zamanı iki qurum arasında qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında Memorandum da imzalanıb.
Bu sənədin qəbul olunması iki ölkə arasında əməkdaşlığın daha da genişlənməsinə və inkişaf etdirilməsinə zəmin yaradacaq, digər sahələrdə olduğu kimi, əczaçılıq sahəsində də ikitərəfli əlaqələrə öz töhfəsini verəcək.