I Cərrahi xəstəliklər kafedrasının 100 illiyi

I Cərrahi xəstəliklər kafedrasının 100 illiyi

Azərbaycan Tibb Universitetinin (ATU) I Cərrahiyyə kafedrasında 61 fəlsəfə doktoru, 19 elmlər doktoru çalışıb. Kafedra əməkdaşlarının 73 dərsliyi, 101 kitabı, 700-dən çox məqaləsi işıq üzü görüb. Hazırda burada 10 elmlər, 7 fəlsəfə doktoru çalışır, endoskopik, metabolik, bariatrik, koloproktoloji, kardiovaskulyar cərrahiyyə, orqan və kök hüceyrə transplantologiya əməliyyatları uğurla aparılır.
Bu barədə ATU-nun I Cərrahi xəstəliklər kafedrasının 100 illiyinə həsr olunan elmi toplantıda məlumat verilib. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Nazirlər Kabinetinin qərarı ilə 1919-cu il oktyabrın 10-da yaradılan Bakı Dövlət Universitetində iki fakültədən biri Tibb fakültəsi, həmin fakültədə ilk kafedralardan biri məhz Cərrahiyyə kafedrası olub. Bir əsrlik yubileyi qeyd edilən bu kafedra ambulator cərrahiyyə əməliyyatları aparan elmi-tibbi müəssisədən bu gün laparoskopik və orqan transplantasiyası kimi ən müasir və mürəkkəb əməliyyatlar həyata keçirən mərkəzə çevrilib. Tədbirdə bu barədə danışan rektor, professor Gəray Gəraybəyli kafedranın rəhbəri olmuş, onun formalaşmasında əhəmiyyətli rol oynamış alimlərdən görkəmli cərrah Boris Finkilşteyni, azərbaycanlı professorlar Mirəsədulla Mirqasımovu, Böyükbəy Mahmudbəyovu, İsmayıl Məmmədovu, Həsən Sultanovu xatırladıb.
I Cərrahi xəstəliklər kafedrasının müdiri, AMEA-nın müxbir üzvü Nuru Bayramov kafedranın inkişaf tarixi, ayrı-ayrı dövrlərdə fəaliyyəti, yetirmələri, ölkəmizin tibb elminə göstərdiyi xidmət barədə ətraflı bəhs edib.
Kafedranın keçdiyi yolu əks etdirən sənədli film nümayiş olunub.
Xalq artisti, rejissor Oqtay Mirqasımov, AMEA-nın müxbir üzvü, professor Sudeyf İmamverdiyev, II Cərrahi xəstəliklər kafedrasının professoru Məmməd Nəsirov çıxış edərək, 100 illik yubiley münasibətilə kafedra əməkdaşlarını təbrik edib, gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.







Yanvar 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova