Şəkidə travmatoloqlar üçün səyyar kurs təşkil edilib
![Şəkidə travmatoloqlar üçün səyyar kurs təşkil edilib](/uploads/posts/2019-11/1573193780_sss.jpg)
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun (ADHTİ) Travmatologiya və ortopediya kafedrası Davamlı Tibbi Təhsil proqramına uyğun olaraq Şəki Mərkəzi Rayon Xəstəxanasında “Müştərək travma” mövzusunda səyyar kurs keçirib.
Təlimdə Şəki şəhərində fəaliyyət göstərən həkimlərlə yanaşı, Qəbələ, Zaqatala, Balakəndən gələn travmatoloqlar iştirak ediblər.
Kursun əsas məqsədi müştərək travma zamanı təxirəsalınmaz yardımın təşkili prinsiplərini, diaqnostika və təcili yardımın həyata kecirilməsi qaydalarını aşılamaqdan ibarət olub. Bununla yanaşı, müdavimlərə təxirəsalınmaz vəziyyətlərdə ümumi cərrah və neyrocərrahlarla birgə işin prinsipləri də izah edilib.
Dərsləri ADHTİ-nin Travmatologiya və ortopediya kafedrasının əməkdaşları aparıblar.