Xaçmaz, Gəncə və Şəkidə reproduktiv sağlamlıq üzrə təlimlər keçirilib

Xaçmaz, Gəncə və Şəkidə reproduktiv sağlamlıq üzrə təlimlər keçirilib

Səhiyyə Nazirliyinin 2019-cu il 17 yanvar tarixli əmri ilə təsdiq olunmuş “2019-cu il üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin mülki müdafiə tədbirləri planı”na əsasən, “Humanitar sahələrdə Reproduktiv Sağlamlıq üzrə Minimal İlkin Xidmətlər Paketinin (MİXP) əlaqələndirilməsi və həyata keçirilməsi üçün milli potensialın artırılması” layihəsi icra olunur. Layihə BMT-nin Əhali Fondu (UNFPA) tərəfindən strateji araşdırmalar, strateji siyasətin işlənib hazırlanması və fövqəladə hallara qarşı hazırlıq sahələrində, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) və Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçirilir.
Layihənin icrası ilə əlaqədar iyul ayında Xaçmaz, Gəncə və Şəki şəhərlərində humanitar sahələrdə Reproduktiv Sağlamlıq üzrə MİXP-nin əlaqələndirilməsi və tətbiqi üzrə treninqlər keçirilib.
Təlimlər İSİM-in Layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə, Tibbi keyfiyyət standartları şöbəsinin həkim-metodisti Teymur Hüseynov, Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun Ambulator-diaqnostika şöbəsinin müdiri Gülnarə Rzayeva və 5 nömrəli Doğum Evinin Qadın məsləhətxanası şöbəsinin müdiri Leyla Məmmədova tərəfindən aparılıb.
Treninqlərdə Xaçmaz, Xızı, Siyəzən, Şabran, Xudat, Gəncə, Qazax, Şəmkir, Tovuz, Şəki, Qəbələ, Oğuz, Zaqatala mərkəzi xəstəxanalarının baş həkimləri, baş həkim müavinləri, mülki müdafiə üzrə qərargah rəisləri və xəstəxanaların ginekologiya şöbələrinin müdirləri, habelə Fövqəladə Hallar Nazirliyinin və Daxili İşlər Nazirliyinin tibb idarələrinin nümayəndələri iştirak ediblər.
Ekspertlər fövqəladə hallarda cinsi və reproduktiv sağlamlıq üzrə tədbirlər, həmçinin cinsi və gender zorakılığı zamanı yardım və dəstək üçün yaranan maneələr, zorakılıq qurbanları üçün təşkil olunan tibb xidmətləri, fövqəladə hallar zamanı insanın immun çatışmazlığı virusu (İİÇV) və cinsi yolla yoluxan infeksiyaların profilaktikası barədə ətraflı məlumat veriblər.
Təlimlər çərçivəsində tibb işçilərinin fövqəladə hallara hazırlığının yoxlanılması məqsədilə simulyasiya keçirilib, göstərilən tibbi yardımlar müzakirə olunub və tibb işçilərinə müvafiq metodiki tövsiyələr verilib.







Yanvar 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova