"İnsan və cəmiyyətin sağlamlığına müasir yanaşmalar"

"İnsan və cəmiyyətin sağlamlığına müasir yanaşmalar"

Bakıda bu mövzuda beynəlxalq elmi konfrans keçirildi

Səhiyyə Nazirliyi və Azərbaycan Tibb Universitetinin (ATU) birgə təşkilatçılığı ilə "İnsan və cəmiyyətin sağlamlığına müasir yanaşmalar" mövzusunda beynəlxalq elmi konfrans keçirilib.
Toplantıda universitetin elmi işlər üzrə prorektoru Rauf Bəylərov çıxış edərək bildirib ki, tədbirdə yerli mütəxəssislərlə yanaşı, İtaliya, Rusiya, Qazaxıstan, Qırğızıstan, Özbəkistandan olan alimlər də iştirak edirlər: "Konfransda təbabətin bir sıra aktual problemlərini əhatə edəcək məruzələr və müzakirələr praktiki həkimlər üçün maraqlıdır. Burada yerli və beynəlxalq mütəxəssislərin öz tədqiqatlarını bölüşmələri səhiyyənin inkişafına və gələcəkdə elmi işlərin aparılmasına töhfə verəcək".
Sonra çıxış edən universitetin I Mamalıq-ginekologiya kafedrasının professoru Nigar Kamilova ATU-da görülən işlər, aparılan tədqiqatlar barədə tədbir iştirakçılarına məlumat verib.
Konfransda iştirak edən xarici qonaqlar da tədbirin təcrübə mübadiləsi baxımından əhəmiyyətli olduğunu deyib, təşkilatçılara öz minnətdarlıqlarını bildiriblər.
Konfrans öz işini plenar sessiyalarla davam etdirib.







Yanvar 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova