Darıdağ arsenli su müalicə və istirahət kompleksi inşa olunacaq

Darıdağ arsenli su müalicə və istirahət kompleksi inşa olunacaq

Naxçıvanda müalicə turizminin inkişafına geniş diqqət yetirilir. Bu sahədəki imkanlardan səmərəli istifadə olunur, yeni müalicə mərkəzləri fəaliyyətə başlayır. Bu qəbildən Culfa rayonunda Darıdağ arsenli su müalicə və istirahət kompleksi yaradılacaq.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yeni kompleksin tikintisi aparılacaq əraziyə gəlib, layihə ilə tanış olub.
Məlumat verilib ki, Darıdağ arsenli suyu dünyada ən zəngin və güclü mineral tərkibi olan müalicəvi sudur. Bu suyun bir çox xəstəliklərin müalicəsində faydalı olması kliniki təcrübələrlə sübut edilib. Ona görə də Darıdağ arsenli suyundan müalicə məqsədilə geniş istifadə olunması diqqətdə saxlanılır. Bu məqsədlə inşa olunacaq yeni kompleksin dördmərtəbəli əsas korpusunda otel və xidmət sahələri yaradılacaq. Burada qadın və kişilər üçün ayrı-ayrı müalicə hovuzları istifadəyə veriləcək, turistlərin istirahəti üçün lazımi şərait təmin ediləcək.
Ali Məclisin Sədri tikinti işlərinə başlanılması ilə bağlı müvafiq tapşırıq və tövsiyələrini verib.







Yanvar 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova