Şəhid ailələri və əlillər oftalmoloji müayinədən keçirildi

Şəhid ailələri və əlillər oftalmoloji müayinədən keçirildi

Hazırda dünyada 300 milyon insan müxtəlif göz problemlərindən, 40 milyondan çoxu isə korluqdan əziyyət çəkir və bu rəqəmlər hər il həndəsi silsilə ilə artmaqda davam edir. Vaxtında müayinə və müalicə etməklə korluq hallarının 80 faizinin qarşısını almaq mümkündür.
Bu haqda bizə Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin (MOM) Elmi-məlumat, tədris və təşkilati-metodik bölməsindən məlumat verilib. Bildirilib ki, Mərkəzin Səyyar Klinikası “20 Yanvar” Cəmiyyətində 1990-cı ilin qanlı hadisələri zamanı şəhid olanların ailələri və əlillər arasında tibbi aksiya təşkil edib. Aksiya zamanı 90 nəfər oftalmoloji müayinədən keçirilib. Müayinə olunanlarda daha çox refraksiya patologiyası və katarakta aşkarlanıb. Onlara mütəxəssislər tərəfindən tövsiyələr verilib.
Məlumatda qeyd olunur ki, humanitar aksiyanın keçirilməsində əsas məqsəd 20 Yanvar faciəsində şəhid olanların ailələrinə, əlillərə qayğı göstərmək, onları müayinə və müalicə etməkdir.
O da vurğulanıb ki, Prezident İlham Əliyevin göstərişi ilə səhiyyə sahəsində görülən işlərin, reallaşdırılan layihələrin tərkib hissəsi kimi, “Görmə - 2020” proqramı çərçivəsində Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikasının 2005-ci ildən paytaxtda, Azərbaycanın rayon və şəhərlərində həyata keçirdiyi tibbi aksiyalar mütəmadi xarakter daşıyır. Bu günlərdə klinikanın Qəbələ şəhərində həyata keçirdiyi ikigünlük növbəti tibbi aksiya da onlardan biridir: “Aksiyada məqsəd pasiyentləri müayinə və müalicə etmək, refraksiya anomaliyalarını aşkarlamaq, onların səhhətləri ilə bağlı problemlərin həllinə kömək göstərmək, hətta cərrahi əməliyyat etməkdən ibarətdir”.







Yanvar 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova