Şərurda icbari tibbi sığortanın tətbiqinə başlanılıb

Şərurda icbari tibbi sığortanın tətbiqinə başlanılıb

Şərur rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı müşavirə keçirilib.
Toplantıda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək deyib ki, muxtar respublikada səhiyyə və tibb təhsili sahəsində indiyədək görülmüş işlər tibbi xidmətin səviyyəsini yüksəldib və icbari tibbi sığortanın tətbiqinə imkan yaradıb. Artıq bir ilə yaxındır muxtar respublikada bu işə başlanılıb. Sədərək rayonunda icbari tibbi sığorta tam tətbiq olunur.
Ali Məclisin Sədri deyib: Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə 2020-ci ildə ölkəmizdə icbari tibbi sığortanın tam tətbiqinə başlanılacaq. Ona görə də muxtar respublikada bu sahədə tədbirlər həyata keçirilməli, digər rayonlarda da icbari tibbi sığorta tətbiq olunmalıdır.
Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Niyazi Novruzov deyib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 3 may 2017-ci il tarixli Fərmanına uyğun olaraq Sədərək rayonunda icbari tibbi sığortanın tətbiqinə başlanılıb. O, Şərur rayonunda yeni sistemin tətbiqi üçün aparılan hazırlıq işləri barədə məlumat verib.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Samiq Sadıxov deyib ki, muxtar respublikada icbari tibbi sığortanın tətbiqində iştirak edəcək xəstəxanaların siyahısı hazırlanıb və həmin müəssisələrdə agentliyin qeydiyyat məntəqələri yaradılıb. Şərur rayonunda icbari tibbi sığortanın tətbiqi üçün agentlik tərəfindən ilkin tədbirlərin icrasına başlanılıb.
Naxçıvan Muxtar Respublikası Baş nazirinin müavini - maliyyə naziri Səbuhi Məmmədov və Naxçıvan Muxtar Respublikasının Baş naziri Əlövsət Baxşıyev Şərur rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı görüləcək işlər barədə aidiyyəti üzrə məlumat veriblər.
Müşavirədə Şərur rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı qərar qəbul olunub.
Ali Məclisin Sədri Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinə, Maliyyə və Səhiyyə nazirliklərinə, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə Şərur rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı birgə müzakirələrin aparılması və təkliflərin hazırlanması barədə tapşırıqlar verib.







Yanvar 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova