Cərrahiyyənin aktual problemlərinə dair regional elmi-praktiki konfrans

Cərrahiyyənin aktual problemlərinə dair regional elmi-praktiki konfrans

Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi, Azərbaycan Cərrah və Qastroenteroloqlar Assosiasiyası (ACQA) və Bərdə Müalicə Diaqnostika Mərkəzinin təşkilatçılığı ilə Bərdə şəhərində cərrahiyyənin aktual problemlərinə həsr olunmuş regional elmi-praktiki konfrans keçirilib.
İki gün davam edən konfrans Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurası tərəfindən akkreditasiya olunaraq 8 kredit balla qiymətləndirilib. Tədbirdə Bərdə, Yevlax, Ağdam, Ağcabədi, Tərtər və Goranboy rayonlarından 100-ə yaxın həkim – cərrahlar, endoskopistlər, anestezioloq-reanimatoloqlar, endokrinoloqlar, kardioloqlar, qastroenteroloqlar iştirak ediblər.
Toplantının ilk günü üç xəstə üzərində açıq və laparoskopik üsulla çətin xolesistektomiya, göbək və qasıq yırtıqlarının ləğvi, refundoplikasiya əməliyyatları icra edilərək, birbaşa konfrans zalına translyasiya olunub. Əməliyyatların gedişi geniş şərh edilib, verilən suallar cavablandırılıb.
Konfransda həmçinin kardioloji, abdominal, endokrin, damar cərrahiyyəsinin, anesteziologiya-reanimatologiyanın aktual problemlərinə həsr olunmuş məruzələr dinlənilib.
Sonda konfrans iştirakçılarına sertifikatlar təqdim edilib.







Yanvar 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova