Rusiya senatoru Tibb Universitetində qonaq olub

Rusiya senatoru Tibb Universitetində qonaq olub

Rusiya Federasiya Şurasının üzvü, tibb elmləri namizədi, Həştərxan Vilayət Dumasının üzvü Aleksandr Başkin Azərbaycan Tibb Universitetində (ATU) qonaq olub.
ATU-nun rektoru, professor Gəray Gəraybəyli ilə görüşü zamanı senator Həştərxan Dövlət Tibb Universiteti haqqında geniş məlumat verib. O bildirib ki, hazırda universitetdə 6 min tələbə təhsil alır, onların da 2 mini xarici ölkələrdən gələnlərdir. Həştərxan Dövlət Tibb Universitetinin 46 ölkədən tələbələri arasında Azərbaycandan gənclər də var.
Dumanın səhiyyə və sosial inkişaf komitəsinin üzvü A.Başkin iki ali məktəb arasında əlaqələrin möhkəmləndirilməsinə ehtiyac olduğunu da vurğulayıb və ATU nümayəndə heyətini Həştərxana dəvət edib.
ATU-nun rektoru G.Gəraybəyli rəhbərlik etdiyi tibb təhsili müəssisəsi, burada aparılan və planlaşdırılan islahatlar haqqında rusiyalı qonaqlara məlumat verib.
Görüşdə iki universitet arasında əlaqələrin genişləndirilməsi məqsədilə əməkdaşlığa dair sazişin imzalanması təklifi irəli sürülüb. Qeyd edilib ki, belə bir saziş ATU-nun Həştərxan Dövlət Tibb Universiteti ilə bir çox sahələrdə birgə fəaliyyətinə, müştərək tədbirlərin təşkili, müəllim və tələbə mübadiləsi və s. kimi əməkdaşlıq əlaqələri qurmağa imkan yaradacaq.







Yanvar 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova