Yenidoğulmuşların reanimasiyası mövzusunda təlim keçirildi

Yenidoğulmuşların reanimasiyası mövzusunda təlim keçirildi

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) “Yenidoğulmuşların reanimasiyası” üzrə növbəti beşgünlük praktik təlim kursu təşkil olunub. Doğuşayardım müəssisələrində çalışan tibb mütəxəssisləri üçün nəzərdə tutulmuş bu kurs perinatal yardıma dair Amerikanın Pediatrik Akademiyası və Amerika Kardioloji Assosiasiyasının beynəlxalq səviyyədə sertifikatlaşdırılmış təlim proqramı əsasında keçirilir. Təlim kursu Səhiyyə Nazirliyi tərəfindən akkreditə olunub, onun kredit miqdarı 25 baldır. Kursu müvəffəqiyyətlə bitirənlərə müvafiq sertifikatlar verilir.
Budəfəki təlimin ilk günündə kurs iştirakçılarını salamlayan Səhiyyə Nazirliyinin neonatologiya üzrə baş mütəxəssisi Rüstəm Hüseynov bildirib ki, yenidoğulmuşların həyata sağlam başlaması üçün həkimlər komandası tərəfindən ilk 30 dəqiqə ərzində atılan zəruri addımlar böyük əhəmiyyət daşıyır. Bu təlim kursunun vacib məsələyə həsr olunduğunu vurğulayan R.Hüseynov yenidoğulmuşlarda tez-tez rast gəlinən xəstəliklərin, xüsusilə də təcili və təxirəsalınmaz halların profilaktikası, erkən diaqnostikası və müalicəsinə dair ən müasir məlumatları iştirakçıların diqqətinə çatdırıb.
İştirakçılar İstanbul Mədəniyyət Universiteti Göztepe Təhsil və Araşdırma Xəstəxanasında “Neonatal Reanimasiya Proqramı (NRP)” üzrə beynəlxalq master-təlimçi kimi sertifikat almış Nahidə Mahmudovanın təqdimatı ilə son illər ərzində yenidoğulmuşların reanimasiyası zamanı istifadə olunan bilik və bacarıqlara baxış keçiriblər. Sonra tədbirdə komanda işinin aparılması və ölkə üzrə reanimasiya tədbirləri zamanı atılan addımların sənədləşdirilməsində müasir yanaşmalar müzakirə olunub.
Nəzəri və praktik hissədən ibarət təlimlərin məqsədi regionların doğuşayardım müəssisələrində çalışan tibb işçilərinin yenidoğulmuşlara keyfiyyətli tibbi yardım göstərmək, xüsusi avadanlıq və qurğular olmadıqda körpələrə ilkin ixtisaslaşdırılmış yardımı tətbiq etmək istiqamətində bilik və bacarıqlarını artırmaqdır.







Yanvar 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova