Ümumdünya Sağlamlıq Günü

Ümumdünya Sağlamlıq Günü

1948-ci il aprelin 7-də Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yaranması tarixi 1950-ci ildən başlayaraq Ümumdünya Sağlamlıq Günü kimi qeyd edilir. Bu gün sağlamlığın və səhiyyənin problemlərinə yönələn, planetin hər bir sakininin sağlamlığın qorunması və əmin-amanlığının təmin edilməsi üçün birgə fəaliyyət göstərməyə xidmət edən tədbirdir.
Ümumdünya Sağlamlıq Günü dünyanın 194 ölkəsinin üzvü olduğu ÜST-nin prioritet hesab etdiyi, sağlamlığa aid, qlobal miqyasda vacib əhəmiyyət kəsb edən bir mövzuya həsr olunur və ictimaiyyətin diqqəti bu problemə cəlb edilir. Ənənəvi olaraq, hər il müxtəlif şüarlar altında keçirilən Ümumdünya Sağlamlıq Gününün builki devizi "Hamı üçün sağlamlıq" olub.
Yaranmasının 70-ci ilində Ümumdünya Səhiyyə Təşkilatı dünya dövlətlərini və onların liderlərini insanların sağlamlığının möhkəmləndirilməsi və keyfiyyətli səhiyyə xidməti ilə təmin edilməsi üçün, bu yolda onların maliyyə problemləri ilə üzləşməməsi üçün konkret tədbirlər görməyə çağırıb.







Yanvar 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova