Tibb təhsili üzrə Azərbaycan – Türkiyə əlaqələri genişlənir

Tibb təhsili üzrə Azərbaycan – Türkiyə əlaqələri genişlənir

Azərbaycan Tibb Universiteti (ATU) ilə Türkiyənin Malatya İnönü Universiteti arasında niyyət protokolu imzalanıb. Bu məqsədlə ATU-nun rektoru, professor Gəray Gəraybəyli ilə Türkiyə universitetinin nümayəndə heyəti arasında görüş keçirilib.
İki ali təhsil ocağı arasında mövcud müqavilənin yenilənməsi şərtlərinin müzakirəsi məqsədi daşıyan tədbirdə ATU-nun rektoru Türkiyənin bir çox universitetləri ilə əməkdaşlıq etdiklərini bildirib: “Bəzən universitetlər arasında bağlanan müqavilələr sənəd üzərində qalır. Lakin biz həmişə işlək əməkdaşlığın tərəfdarı olmuşuq, o cümlədən sizinlə də fəal əməkdaşlığımız olub və bu, çox sevindirici haldır”.
İnönü Universitetinin rektoru, professor Ahmet Kızılay iki ali təhsil ocağı arasındakı əməkdaşlıqdan məmnunluğunu ifadə edib: “Universitetlərimiz arasında protokol imzalanıb. Bunun əsasında sizinlə daim qarşılıqlı təhsil mübadiləsi etmişik. İstərdim ki, bu əlaqələr digər sahələrdə də olsun”.







Yanvar 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova