Azərbaycanlı professor Türk Kardiovaskulyar İnvaziv Radiologiya Cəmiyyətinin diplomuna layiq görülüb
Həkimlik təcrübəsində, əsasən də cərrahi intizamda əməliyyatların fəsadsız və ya ən az fəsadlarla nəticələndirilməsi üçün keyfiyyət çox mühüm şərtdir. Respublika Diaqnostika Mərkəzinin diaqnostik və invaziv radioloqu və endovaskulyar cərrahı, professor Əhməd Məmiş məhz həmin keyfiyyətinə görə Türk Kardiovaskulyar İnvaziv Radiologiya (TGRD) Cəmiyyətinin yeni təsis etdiyi invaziv radiologiyada keyfiyyəti təsdiq edən “TGRD diplomu”na layiq görülüb.
Mərkəzin mətbuat xidmətindən verilən məlumata görə, professor Əhməd Məmiş daha əvvəl Avropa Kardiovaskulyar İnvaziv Radiologiya (CIRSE) Cəmiyyətinin invaziv radiologiyada Avropa keyfiyyətini təsdiq edən “EBIR diplomu” ilə də təltif edilib.