Azərbaycan Diabet Cəmiyyətinin sədri Beynəlxalq Diabet Federasiyasının mükafatına layiq görülüb

Azərbaycan Diabet Cəmiyyətinin sədri Beynəlxalq Diabet Federasiyasının mükafatına layiq görülüb

Bu günlərdə Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində təşkil edilən Dünya Diabet Konqresi çərçivəsində Beynəlxalq Diabet Federasiyası (BDF) Baş Assambleyasının iclası keçirilib.
Mərasimdə 170 ölkənin 250 milli diabet assosiasiyasını birləşdirən BDF-nın “Lifetime Achievement Award” mükafatı təqdim olunub. Bizim ölkəmizdən bu yüksək mükafata uzun illərdir Azərbaycan Diabet Cəmiyyətinə (ADC) rəhbərlik edən Möminat Ömərova layiq görülüb. Mükafat alanlardan 5 nəfəri BDF-nın keçmiş prezidentləri və diabet sahəsində illərlə çalışmış, ciddi uğurlar qazanmış şəxslər olub.
ADC-nin sədrini “Lifetime Achievement Award” mükafatı ilə təltif edərkən BDF-in Baş Assambleyası onun bu vəzifədə səmərəli fəaliyyətini nəzərə alıb. Belə ki, 1995-ci ildən fəaliyyət göstərən Azərbaycan Diabet Cəmiyyəti yarandığı ilk gündən şəkərli diabet xəstələrinin hüquqlarının müdafiəsi, həyat keyfiyyətinin yaxşılaşması naminə çalışıb, pasiyentlərin maariflənməsində, eyni zamanda, «Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında» Qanun layihəsinin hazırlanmasında yaxından iştirak edib. ADC Heydər Əliyev Fondu ilə birgə «Şəkərli diabetli uşaqlara ən yüksək qayğı» layihəsini reallaşdırıb, “Diabet üzrə Dövlət Proqramı: problemlər və perspektivlər”, “Qadın və diabet” və s. mövzularda bir sıra tədbirlər təşkil edib, çoxsaylı monitorinqlər aparıb, qurultaylar keçirib, beynəlxalq konfranslarda iştirak edib.

Ü.FƏRZƏLİYEVA







Yanvar 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova