Beynəlxalq təhsil proqramı çərçivəsində qastroenterologiya kursu keçirilir

Beynəlxalq təhsil proqramı çərçivəsində qastroenterologiya kursu keçirilir

Tibbi təhsilin dünya standartlarına çatdırılması əhaliyə göstərilən tibbi yardımın keyfiyyətinin yüksəldilməsində ən əhəmiyyətli məsələlərdən biridir. Bunu nəzərə alan Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu (ADHTİ) öz işini müasir tələblərə uyğun qurur. İnstitutda tədrisin keyfiyyətini artırmaq məqsədilə dünyanın bir çox ali tibb təhsili müəssisələri ilə təhsil və elmi-pedaqoji kadrların hazırlanması sahəsində müqavilələr bağlanılıb, həmin tədris müəssisələrinin aparıcı mütəxəssisləri Bakı şəhərinə ezam edilir, tələbat hiss olunan ixtisas və mövzular üzrə yerli həkimlər üçün təkmilləşmə kursları keçirlər.
ADHTİ ilə Seçenov adına Birinci Moskva Dövlət Tibb Universiteti arasındakı əməkdaşlıq çox intensiv şəkildə və müxtəlif istiqamətlərdə davam edir. İnstitutda beynəlxalq təhsil proqramı çərçivəsində həmin Universitetin Daxili xəstəliklərin propedevtikası kafedrasının professor-müəllim heyətinin iştirakı ilə qastroenterologiya mövzusunda kurs keçirilməsinə başlanılıb. Dekabrın 15-dək davam edəcək kursda professorlar Yelena Baranskaya, Zinaida Lemeşko, Oleq Şifrin və Tatyana Lapina mühazirələr oxuyur, məşğələlər aparırlar.
Həkimləri Təkmilləşdirmə İnstitutunun Terapiya kafedrasının bazasında keçirilən kursa ölkəmizin müxtəlif regionlarında çalışan qastroenteroloqlar cəlb olunublar.







Yanvar 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova