Uşaqlarda boydan geri qalma problemləri müzakirə edilib

Uşaqlarda boydan geri qalma problemləri müzakirə edilib

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında Azərbaycan Pediatr Endokrinoloqlar Cəmiyyətinin növbəti iclası keçirilib.
Hazırda aktual olan bir mövzuya – uşaqlar arasında boydan geri qalma problemlərinə həsr olunan tədbirdə çıxış edən pediatr-endokrinoloq Gündüz Əhmədov uşaqlarda boy hormonu çatışmazlığının erkən diaqnostikasından danışıb, bunun üçün lazım olan müxtəlif sınaqlar barədə ətraflı məlumat verib.
Boy hormonu ilə müalicə prinsipləri mövzusunda danışan uşaq endokrinoloqu Azad Əkbərzadə boydan geri qalan uşaqların müalicə prinsiplərinin mövcud olduğunu bildirib. Qeyd edib ki, bu zaman valideynlər diqqətli olmalı və övladlarının həkim müayinəsindən vaxtında keçirilməsini təmin etməlidirlər.
Bildirilib ki, uşaqlarda boy çatışmazlığı müxtəlif səbəblərdən yarana bilər. Burada əsas yeri boy hormonu olan somatotrop hormonunun çatışmazlığı tutur. Başqa bir səbəb isə irsi faktordur. Belə ki, ailədə boyun inkişafından geri qalan valideyn olduqda, bu, uşaqların da boyuna təsir edir.







Yanvar 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova