Azərbaycan və alman mütəxəssislər radiologiya və neyroradiologiyanın müasir məsələlərini müzakirə ediblər

Azərbaycan və alman mütəxəssislər radiologiya və neyroradiologiyanın müasir məsələlərini müzakirə ediblər

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında I Azərbaycan-Alman Radioloji və Neyroradioloji simpoziumu keçirilib.
Açılış mərasimində çıxış edən klinikanın direktoru, professor Surxay Hadıyev Azərbaycan səhiyyəsinin ölkə başçısının diqqət və qayğısı ilə əhatə olunmasından, nəticədə ölkəmizdə tibb sahəsinin uğurla inkişaf etməsindən, atılan müsbət addımlardan danışıb. Öz sahəsində tanınan və sözünü demiş mütəxəssislərin bir araya gəldiyi bu simpoziumun səhiyyəmizin inkişafında əhəmiyyətli rol oynayacağına əminliyini ifadə edən S.Hadıyev tədbirin işinə uğurlar diləyib.
Sonra ATU-nun Neyrocərrahiyyə kafedrasının müdiri, professor Sabir Etibarlı iştirakçılara simpoziumun gündəliyində olan məsələlər haqqında məlumat verib.
Tədbirdə “Endovaskulyar anevrizmalarda müalicə növləri”, “Stroke xəstələrdə endovaskulyar terapiya”, “Neyroradioloji diaqnostika metodları və əhatəli Stroke diaqnostikası”, “Alman Stroke Mərkəzi modeli və təşkili” və bir sıra digər mövzularda mühazirələr dinlənilib.







Yanvar 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova