Yeni Azərbaycan Partiyasının 25 iliyi münasibətilə tədbir keçirilib

Yeni Azərbaycan Partiyasının 25 iliyi münasibətilə tədbir keçirilib


Səhiyyə Nazirliyinin 2 saylı Bakı Baza Tibb kollecində Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 25 iliyinə həsr edilmiş tədbir təşkil olunub.
Əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin nurlu xatirəsini bir dəqiqə sükutla yad ediblər.
Tədbirdə çıxış edənlər – Kollecin rəhbəri Dilarə Məmmədəliyeva, YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov və YAP Yasamal rayon təşkilatının Qadınlar Şurasının sədri Tamilla Şahbazova ölkəmizin qüdrətinin artırılmasında Yeni Azərbaycan Partiyasının xüsusi xidmətlərini qeyd ediblər. Azərbaycanda dövlətçiliyin qorunmasında, ölkəmizin tərəqqisində YAP-ın rolunu xüsusi vurğulayan natiqlər bildiriblər ki, partiyanın sıralarına qoşulmuş 700 minə yaxın insan ulu öndər Heydər Əliyevin ideyalarına sadiq qalaraq, partiyanın sədri, Prezident İlham Əliyevin ətrafında sıx birləşərək, ölkəmizin inkişafına mühüm töhfələr verirlər.
Diqqətə çatdırılıb ki, unudulmaz şəxsiyyət Heydər Əliyev Azərbaycan elminə və təhsilinə, bu sahədə çalışan insanlara, xüsusən səhiyyənin inkişafına, səhiyyə işçilərinə və tibbi kadrların hazırlanmasına daim diqqət və qayğı göstərirdi. Ulu öndərin ideyaları Prezident İlham Əliyev tərəfindən ardıcıl sürətdə reallaşdırılır. Ölkənin səhiyyə sistemində aparılan əsaslı islahatlar, tibb müəssisələrinin müasir avadanlıqla təchiz edilməsi, həkimlərin və tibb işçilərinin ixtisas səviyyəsinin artırılması son nəticədə tibbi xidmətlərin keyfiyyətinin yaxşılaşmasına gətirib çıxarır. Qeyd edilib ki, dövlət başçısının göstərişlərinə əsasən ölkədə ən müasir tələblərə cavab verən səhiyyə infrastrukturu yaradılır, yeni xəstəxanalar tikilir, mövcud tibb müəssisələri yenidən qurulur. Əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin artırılması üçün səhiyyənin ayrı-ayrı sahələrində dövlət proqramlarının rolu vurğulanıb.
Sonra YAP sıralarına yeni daxil olmuş gənclərə üzvlük biletləri təqdim edilib.
Tədbir bədii proqramla davam edib.







Yanvar 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova