Ölkəmizdə 3 mindən çox talassemiya xəstəsi dispanser qeydiyyatdır
Azərbaycanda “2015-2020-ci illər üçün Talassemiya ilə mübarizəyə dair Dövlət Proqramı”nın icrası çərçivəsində bu irsi qan xəstəliyindən əziyyət çəkən şəxslərə göstərilən tibbi xidmətin səviyyəsinin və donor qanı ilə təminatının yaxşılaşdırılması üçün tədbirlər görülür.
Bu barədə Respublika Talassemiya Mərkəzinin (RTM) direktoru Ceyhun Məmmədov mətbuata açıqlamasında danışıb. O bildirib ki, hazırda ölkəmizdə 3062 nəfər dispanser qeydiyyatında olan talassemiya xəstə var. Onlardan 1085 nəfərinə eritrosit kütləsi köçürülüb.
Mərkəzin direktoru məlumat verib ki, bu ilin 7 ayı ərzində RTM-də 8 xəstə üzərində sümük iliyi transplantasiyası əməliyyatı aparılıb. İlin sonuna qədər daha 7 xəstəyə sümük iliyi köçürülməsi nəzərə tutulub.