“Sağlamlıq baxımından insan hüquqları”

“Sağlamlıq baxımından insan hüquqları”


“Sülh aylığı” çərçivəsində bu mövzuda “dəyirmi masa” keçirilib


Hər il 21 sentyabr – “Beynəlxalq Sülh günü” ərəfəsində ənənəvi olaraq 21 avqust – 21 sentyabr tarixləri “Sülh aylığı” elan edilir və bu ay ərzində bir sıra kütləvi maarifləndirmə tədbirləri keçirilir.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, “Sülh aylığı” çərçivəsində sülh və insan hüquqlarının təbliği məqsədi ilə nazirliyin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) “Sağlamlıq baxımından insan hüquqları” mövzusunda “dəyirmi masa” təşkil olunub.
Həkimlərin və orta tibb personalının iştirak etdiyi tədbirdə bildirilib ki, “Sülh aylığı” çərçivəsində müxtəlif qurumlar, o cümlədən Səhiyyə Nazirliyi tərəfindən maarifləndirmə və təbliğat tədbirləri həyata keçirilir. Əhalinin müxtəlif qrupları arasında sülh və dözümlülük mövzusuna toxunarkən bu günün əhəmiyyəti qeyd edilib, vurğulanıb ki, BMT-nin yeganə rəsmi bayramı olan Beynəlxalq Sülh günü bütün dünyada qeyd olunmalıdır.
Tədbirdə həkimlərin gündəlik əmək fəaliyyətlərində riayət etməli olduqları həkim deontologiyası və etik davranışlar mövzusu müzakirə edilib. İSİM-in Layihələrin əlaqələndirilməsi şöbəsinin mütəxəssisi həkimlərin tibbi etik davranışlarının pozulması hallarına dair real faktlarla çıxış edib.
“Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanunu, səhiyyə sahəsində qanunlarla tənzimlənən inzibati xətalarla bağlı iştirakçıları maraqlandıran sualları İSİM-in baş hüquqşünası cavablandırıb.
Tədbirin yekununda mövzu ilə bağlı geniş fikir mübadiləsi aparılıb.







Yanvar 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova