Ana və körpə sağlamlığı üzrə simpozium keçirilib

Ana və körpə sağlamlığı üzrə simpozium keçirilib

Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda (ADHTİ) Zaltsburq tibbi seminarlar proqramı Avstriya İnkişaf Agentliyi ilə əməkdaşlıq çərçivəsində “Ana və körpə sağlamlığı” mövzusunda simpozium keçirilib.
Neonatoloq, pediatr və ginekoloqların iştirak etdiyi tədbiri giriş sözü ilə açan institutun direktoru, professor Nazim Qasımov ana və körpə sağlamlığının cəmiyyət üçün əhəmiyyətini vurğulayıb, bu sahədə qəbul olunmuş Dövlət Proqramı çərçivəsində ölkəmizdə və ADHTİ-də görülən işlərdən danışıb.
Simpoziumda Avstriyanın Qrats Tibb Universitetinin professoru Fridrix Reiterer neonatologiyanın aktual problemləri mövzusunda çıxış edib. Ölkəsində doğuşlara, ana və körpə sağlamlığına yanaşma üsulları barədə məlumat verən natiq yenidoğulmuşlara kliniki yardım tədbirləri, uşaq sağlamlığı ilə əlaqədar konkret vəziyyətlərdə Avstriya klinikalarında göstərilən yardım və müalicə üsulları və s. haqqında ətraflı məruzə edib.







Yanvar 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova