“Hamiləlik məktəbi”ndə seminarlar keçirilib

“Hamiləlik məktəbi”ndə seminarlar keçirilib

“Gələcək Nəsil” valideynlər klubunda fəaliyyət göstərən “Hamiləlik məktəbi”ndə “Hamiləlikdə endokrin dəyişikliklər və folat çatışmazlığı” mövzusunda seminarda Respublika Diaqnostika Mərkəzinin (RDM) ginekoloq-endokrinoloqu Pərvin Nəbiyeva çıxış edərək, hamiləliyin gedişatı, dölün inkişafı və doğuşda qalxanvari vəzinin rolu, hipotireoz və digər qalxanvari vəzi patologiyalarının hamiləlik zamanı fəsadları haqqında məlumat verib. P.Nəbiyeva həmçinin şəkərli diabetin diaqnostikası və müalicəsindən, hamiləlikdə folat və ya folium turşusunun (B9 vitamini) faydalarından, onun çatışmazlığının anaya və körpəyə mənfi təsirlərindən danışıb.
“Hamiləlik məktəbi”ndə keçirilən digər seminar isə “Hamiləlik, körpə və genetika” mövzusuna həsr olunub. Seminarda RDM-in genetik-mütəxəssisi, biologiya elmləri doktoru Elxan Rəsulov hamiləlik zamanı genetik müayinələr, yenidoğulmuşlarda anadangəlmə inkişaf qüsurlarının genetik səbəbləri, irsi xəstəlikli uşaqların doğulma riskinin aradan qaldırılması yolları, qohum nikahları səbəbindən yaranan irsi xəstəliklər, RDM-də tətbiq edilən ”Topuq testi” adlı skrininq barədə məlumat verib. Bildirilib ki, yenidoğulmuşlarda topuq skrininqi metabolik pozuntuları aşkar etmək və vaxt itirmədən müalicəyə başlamaq üçün çox vacibdir. Körpənin dünyaya gəldiyi ilk 7 gün ərzində həyata keçirilən bu testlə fenilketonuriya və anadangəlmə hipotireoz təyin edilir. Erkən müalicə başlanılmazsa, bunlar zehni problemlərə, fiziki və psixi inkişafdan geri qalmaya, katarakta kimi xəstəliklərə gətirib çıxara bilər.
Hər iki seminarın sonunda iştirakçıları maraqlandıran suallarla bağlı müzakirələr aparılıb və hamilələrə tövsiyələr verilib.







Yanvar 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova