Əhalinin tibbi profilaktik müayinəsi uğurla həyata keçirilib
Prezident İlham Əliyevin göstərişinə əsasən ölkə əhalisinin üç ay davam edən tibbi profilaktik müayinəsi başa çatıb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, fevralın 15-dən mayın 15-dək aparılan aksiya müddətində 5,5 milyon nəfər, o cümlədən 2,6 milyon kişi və 2,9 milyon qadın müayinə edilib.
Tibbi profilaktik müayinə tədbirləri zamanı Bakı şəhərində 1,3 milyon nəfərin sağlamlıq göstəriciləri yoxlanılıb.
Ölkə üzrə müayinədən keçirilənlərdən təxminən 2 milyonu təkrar tibbi yoxlanışlara cəlb olunub, 68,4 mini dispanser nəzarətinə alınıb, 27 min nəfər hospitalizasiya olunub.
Müayinələr nəticəsində aşkarlanan xəstəliklərin 17,2 faizini ürək, 16,8 faizini tənəffüs sistemi, 11,7 faizini həzm sistemi xəstəlikləri təşkil edib.