İki ildə 279 min nəfər nikahdan əvvəl tibbi müayinədən keçib

İki ildə 279 min nəfər nikahdan əvvəl tibbi müayinədən keçib

Məlum olduğu kimi, "Ailə Məcəlləsində dəyişikliklərin edilməsi haqqında” Qanunun tətbiqi ilə əlaqədar olaraq, 2015-ci il iyunun 1-dən etibarən nikaha daxil olmaq istəyənlər tibbi müayinədən keçməlidirlər. Bu məqsədlə Nazirlər Kabineti həmin şəxslərin tibbi müayinədən keçmə qaydalarını təsdiqləyib, müayinə olunmalı xəstəliklərin siyahısı müəyyənləşdirilib və bunun üçün səhiyyə müəssisələrində lazımi şərait yaradılıb. Tibbi müayinə və məsləhətlər nikaha daxil olmaq istəyənlərin və ya onlardan birinin yaşayış yeri üzrə Səhiyyə Nazirliyinin müəyyən etdiyi dövlət və bələdiyyə səhiyyə müəssisələrində pulsuz olaraq həyata keçirilir.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, 2015-ci il iyunun 1-dən 2017-ci il mayın 31-dək ölkədə nikaha daxil olmaq üçün 279,4 min nəfər müayinələrdən keçib. Onların əksəriyyətinin sağlamlığı normal olub, bəzilərində isə irsi qan xəstəlikləri daşıyıcılığı və müxtəlif xarakterli infeksiyalar aşkar edilib. Belə ki, indiyə qədər müayinədən keçən 11,8 min nəfərdə talassemiya daşıyıcılığı, 1,1 min nəfərdə sifilis, 203 nəfərdə İİV infeksiyası aşkarlanıb.







Yanvar 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova