Səhiyyə Nazirliyinin “Qaynar xətt”inə bu günədək 40 minə yaxın müraciət olub

Səhiyyə Nazirliyinin “Qaynar xətt”inə bu günədək 40 minə yaxın müraciət olub

Yarandığı vaxtdan indiyədək Səhiyyə Nazirliyinin “Qaynar xətt” xidmətinə təxminən 40 min müraciət edilib ki, bunların da əksəriyyəti sorğu xarakterli – əhalinin yaşadığı ərazi üzrə tibbi qeydiyyata alınması, hansı tibb müəssisələrinin necə fəaliyyət göstərməsi, imtiyazlı insanlar üçün dərman preparatlarının siyahısı və digər bu kimi məsələlərlə bağlı olub.
Bu barədə Səhiyyə Nazirliyinin Elektron Səhiyyə Mərkəzinin əlaqələndiricisi Nailə Daşdəmirova jurnalistlərə müsahibəsində məlumat verib. O bildirib ki, müraciət zamanı vətəndaşlar səhiyyə müəssisələrindən arayışların verilməsi, müxtəlif dövlət proqramları, tibbi qeydiyyat, dərmanla təmin olunma və s. barədə onları maraqlandıran suallara cavab alırlar.
Səhiyyə Nazirliyinin Elektron Səhiyyə Mərkəzinin 2015-ci ildən fəaliyyət göstərdiyini qeyd edən N.Daşdəmirova son vaxtlar sorğu xarakterli müraciətlərin sayının çoxaldığını söyləyib: “Vətəndaşların müraciətləri əsasən tibb müəssisələrinin fəaliyyəti ilə bağlıdır. Təəssüf ki, əhalinin tibbi maarifləndirilməsinə hələ də böyük ehtiyac var. Hər bir vətəndaşın müayinəsi həkim-mütəxəssis tərəfindən aparılmalıdır. Bəzən vətəndaşlar tibbi müayinə əvəzinə özünümüalicə edirlər, yaxud özlərinə hansı müayinələrin tələb olunduğu barədə özləri qərar verirlər. Məsələn, maqnit rezonans tomoqrafiya hazırda geniş yayılıb. Müraciət edən bir çox vətəndaş bu xidmətdən bəhrələnmək istədiyini bildirir. Lakin, təəssüf ki, bu müayinənin zərəri, ona əks göstərişlər barədə insanların məlumatı yoxdur. Əhali üçün hər hansı müayinəyə təyinat həkim-mütəxəssis tərəfindən verilməlidir ki, sonradan heç bir problem olmasın”, - deyə N.Daşdəmirova bildirib.







Yanvar 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova