Səhiyyə Nazirliyi on özəl klinikada ciddi nöqsanlar aşkarlayıb!

Səhiyyə Nazirliyi on özəl klinikada ciddi nöqsanlar aşkarlayıb!

Səhiyyə Nazirliyinin Tibb müəssisələrinin lisenziyalaşdırılması üzrə komissiyasından aldığımız məlumata görə, özəl klinikalarda tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması və qanunsuz fəaliyyət göstərilməsinin qarşısını almaq məqsədilə 2015-ci ilin I rübü ərzində müvafiq yoxlamalar həyata keçirilib. Nəticədə, bəzi özəl tibb müəssisələrində ciddi qanun pozuntuları aşkarlanıb və bir sıra sahibkarlıq subyektləri barəsində inzibati-məcburedici tədbirlər görülüb.
Yoxlamalar zamanı 10 özəl müəssisədə əhaliyə tibbi xidmətin göstərilməsində nöqsanlara yol verildiyi və mövcud normativlərin tələblərinə riayət edilmədiyi aşkar olunub. Onlardan 4-nə nöqsanların aradan qaldırılması barədə xəbərdarlıq edilib, 4-nün lisenziyasının fəaliyyəti nöqsanlar aradan qaldırılana qədər dayandırılıb, 1-nin stasionar tibbi xidmət üzrə bəzi işləri, 1-nin isə stasionar xidməti tam ləğv edilib.

Aparılan yoxlamalar nəticəsində 155 000 manat cərimə tətbiq olunub

Eyni zamanda, xüsusi razılıq (lisenziya) olmadan tibb fəaliyyəti ilə məşğul olan və ya mövcud lisenziyanın əlavəsində göstərilənlərdən kənar işlər həyata keçirən 10 özəl tibb müəssisəsi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.1-ci maddəsinə uyğun olaraq inzibati tənbeh növü kimi, ümumilikdə 155 000 manat cərimə tətbiq edilib.
Sözügedən komissiyadan «Tibb qəzeti»nə daxil olan məlumatda bu da bildirilir ki, özəl tibb fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya verilmiş şəxslərin siyahısı, eləcə də müvafiq lisenziyalar üzrə həmin şəxslərə həyata keçirmək hüququ verilmiş işlər və xidmətlər haqqında məlumatı Səhiyyə Nazirliyinin rəsmi internet səhifəsindən (http://sehiyye.gov.az/sehiyyede_ozel_sektor.html) əldə etmək mümkündür: «Xüsusi razılıq (lisenziya) olmadan fəaliyyət göstərən və lisenziyasının əlavəsində müvafiq iş və xidmətlər qeyd edilməyən müəssisələrə müraciət etməməyinizi, bununla özünüzün və yaxınlarınızın həyat və sağlamlığını təhlükə altında qoymamağınızı tövsiyə edirik».

Q.NURİYEV


Xəbəri paylaş




İyul 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elan

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova