«Respublika Məktəblərarası Debat Forumu»

«Respublika Məktəblərarası Debat Forumu»
«Respublika Məktəblərarası Debat Forumu»
«Respublika Məktəblərarası Debat Forumu»

Bu layihə çərçivəsində Bakıda və regionlarda şagirdlər üçün narkomaniyanın bəlaları barədə təlim kursları keçirilib

Təhsil Nazirliyinin dəstəyi ilə «Vətəndaş Cəmiyyətində Debat» İctimai Birliyi tərəfindən reallaşdırılan “Sağlam həyat tərzi” mövzusunda «Respublika Məktəblərarası Debat Forumu – 2014» layihəsinə yekun vurulub. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı»na əsasən həyata keçirilən layihə çərçivəsində məktəblilər üçün təlimlər və debat turnirləri keçirilib. Tədbirlərdə Respublika Narkoloji Mərkəzinin mütəxəssisləri, Təhsil Nazirliyinin, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının nümayəndələri, eləcə də QHT rəhbərləri iştirak ediblər.

Respublika Narkoloji Mərkəzindən (RNM) aldığımız məlumata görə, təlimlər çərçivəsində Səhiyyə Nazirliyinin təmsilçisi kimi layihənin əsas eksperti, RNM-in şöbə müdiri Pərvin Məmmədovun «Sağlam həyat» adlı məruzəsi dinlənilib, şagirdlərə narkotik vasitələr, onların insan orqanizmində törətdiyi fəsadlar, istifadəçinin ailəsinə və ümumilikdə cəmiyyətə vurduğu ziyanlar barəsində məlumat verilib.
Silsilə təlimlərdən sonra keçirilən «Respublika Məktəblərarası Debat Forumu»nda Bakı, Sumqayıt, Şəki, Gəncə, Lənkəran və Şəmkir şəhərlərindən ümumilikdə 60 məktəbin komandası iştirak edib. Nəticədə, Bakı Avropa Liseyinin və Sumqayıt şəhər 1 nömrəli tam orta məktəbin debat komandaları finalda mübarizə aparmaq şansı qazanıblar. Həlledici oyunda Bakı Avropa Liseyinin komandası rəqibinə üstün gələrək «Sağlam həyat» Kubokunun qalibi olub.
Qaliblərin mükafatlandırılması tədbirində çıxış edən Pərvin Məmmədov belə maarifləndirici tədbirlərin cəmiyyətimiz və gələcəyimiz üçün böyük əhəmiyyət daşıdığını vurğulayıb. Qeyd edib ki, gənclərin narkomaniya xəstəliyinə düçar olmalarının əsas səbəblərindən biri də məlumatsızlıqdır. Maarifləndirmə işinin daha böyük çərçivədə həyata keçirilməsi gənclərin narkotik vasitələr haqqında daha məlumatlı olmasına və gələcəkdə hər hansı bir qarşılaşmada bu bəladan asanlıqla imtina etməsinə çox böyük kömək ola bilər.

Q.NURİYEV


Xəbəri paylaş



İyun 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELAN

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova