Seçenov Universiteti Bakı filialının Tədris Simulyasiya Mərkəzi ilə 2 nömrəli BBTK əməkdaşlığa başladı

Seçenov Universiteti Bakı filialının Tədris Simulyasiya Mərkəzi ilə 2 nömrəli BBTK əməkdaşlığa başladı

İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin (BMDTU) Bakı filialının Tədris Simulyasiya Mərkəzi və 2 nömrəli Bakı Baza Tibb Kolleci (BBTK) arasında 12 oktyabr 2022-ci il tarixində bağlanmış əməkdaşlıq müqaviləsinə uyğun olaraq, Mərkəzdə kollecin tələbələri üçün ilk təlim keçirilib.
Tibb kollecindən verilən məlumata görə, bu məqsədlə İ.M.Seçenov adına BMDTU-nun (Seçenov Universiteti) Bakı filialının Tədris Simulyasiya Mərkəzinin rəhbəri Zəhra Vəzirova ilə öncədən aparılmış görüşlər və danışıqlar əsnasında təlimlərin qrafikləri tərtib edilib. Tələbələrin təlimlərdə qrup şəklində cədvəl üzrə iştirakı nəzərdə tutulub.
İlk təlim öncəsi görüş zamanı mərkəzin rəhbər müavini Tamilla Məmmədova kollecin direktoru Dilarə Məmmədəliyevanı və tələbələri qarşılayaraq, burada bütün ixtisaslarda tibb mütəxəssislərinin hazırlanması, orta tibb personalının ixtisas bacarıqlarına yiyələnməsi, fərdi praktik vərdişlərin öyrədilməsi və təkmilləşdirilməsi, eyni zamanda, yeni bacarıqların əldə edilməsi istiqamətində aparılan işlər barədə geniş məlumat verib.
Öz növbəsində D.Məmmədəliyeva bildirib ki, tələbələrin peşə bacarıqları səviyyəsinin və təcrübi vərdişlərinin təkmilləşdirməsi üçün bu mərkəzin fəaliyyətinin böyük önəmi var, çünki burada praktik təlim və bacarıqların səviyyəsinin qiymətləndirilməsi məqsədilə ən müasir texnologiyalar və şərait mövcuddur.
“Təməl ürək-ağciyər reanimasiyası. Avtomatik Xarici Defibrilyatorun istifadəsi. İlkin yardım” adlı birinci təlimdə ilk olaraq tədrisdə fərqlənən tələbələr iştirak ediblər.
Təlimdən sonra D.Məmmədəliyeva Tədris Simulyasiya Mərkəzində yaradılan şəraitdən məmnunluğunu bildirib, simulyasiya tədrisinin müasir tibb təhsili üçün qızıl standart olduğunu vurğulayıb. 2 nömrəli BBTK-nın direktoru bu əməkdaşlığın çox önəmli olduğunu qeyd edib, onun uzunmüddətli olacağına ümidvar olduğunu bildirib, mərkəzin kollektivinə uğurlar arzulayıb.





Dekabr 2022

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova