Valideyn himayəsindən məhrum 28 ukraynalı uşaq Bakıda müayinələrdən keçib

Valideyn himayəsindən məhrum 28 ukraynalı uşaq Bakıda müayinələrdən keçib

Heydər Əliyev Fondu və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin dəstəyi ilə ukraynalı uşaqlar Bakıda reabilitasiya kursu keçirlər.
Nazirliyin mətbuat xidməti bildirir ki, valideyn himayəsindən məhrum olan 7-17 yaş arası 28 uşaq nazirliyin Sanator-Kurort Reabilitasiya Mərkəzində ilk olaraq pediatr müayinəsi, ümumi müayinələr də daxil olmaqla, laborator-instrumental müayinələrdən keçib.
Uşaqlar mərkəzdə psixiatr və psixoloqlarla görüşüblər. Tam müayinələr bitdikdən sonra ukraynalı uşaqlar fizioterapevt və reabilitoloq tərəfindən qəbul olunacaqlar. Fizioterapevtik müalicələrə ehtiyacı olanlar üçün müalicə kursu da təyin olunub.
Sanator-Kurort Reabilitasiya Mərkəzində uşaqların istirahəti üçün hər cür şərait yaradılıb. Burada olduqları müddətdə onlara Azərbaycan xalqının tarixini əks etdirən yerlərə və mərkəzlərə ekskursiyalar təşkil ediləcək.





Avqust 2022

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova