ATU-da şəhid və qazilərin ailə üzvləri üçün oftalmoloji aksiya keçirilib

ATU-da şəhid və qazilərin ailə üzvləri üçün oftalmoloji aksiya keçirilib

Azərbaycan Tibb Universitetində (ATU) Vətən müharibəsinin şəhid və qazilərinin ailə üzvləri üçün növbəti humanitar aksiya keçirilib.
ATU-nun mətbuat xidmətindən verilən xəbərə görə, universitetin rektoru, professor Gəray Gəraybəylinin təşəbbüsü və Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının dəstəyi ilə Tədris Cərrahiyyə Klinikasında keçirilən oftalmoloji müayinə-müalicə aksiyası zamanı xəstələrin laborator müayinələrindən tutmuş əməliyyat xərclərinə kimi lazım olan bütün vəsait universitet tərəfindən qarşılanıb.
Yüksəkixtisaslı həkim briqadasının iştirakı ilə keçirilən aksiyada 34 nəfər tam müayinə olunub, xəstəlik aşkarlandığı halda yerindəcə müalicə edilib. İyirmi altı şəxsə ambulator müalicə təyin olunub və uyğun eynəklər hədiyyə edilib. Onlara xəstəliklərə səbəb olan risk amilləri ilə bağlı tövsiyələr verilib.
Aksiya zamanı ehtiyacı olanlara göz əməliyyatları da icra olunub. Tədris Cərrahiyyə Klinikasının Oftalmologiya şöbəsinin müdiri Qurban İsmayılovun sözlərinə görə, Azərbaycanın müxtəlif regionlarından olan səkkiz nəfər üzərində əməliyyat həyata keçirilib: “Şəkərli diabet diaqnozu qoyulan iki nəfərə göz dibində arqon lazer fotokoaqulyasiyası icra edilib. Altı şəhidimizin anasının gözündə isə katarakta əməliyyatı aparılıb. Bütün əməliyyatlar uğurla başa çatıb, xəstələr lazımi dərman preparatları ilə təmin olunublar. Biz Vətən müharibəsi şəhidlərinin ailələrinə və iştirakçılarına qulluq etməyə həmişə hazırıq”.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova