Qələbədə onların da payı var

Qələbədə onların da payı var

Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun bir qrup əməkdaşı “Təşəkkürnamə” və “Fəxri fərman”la təltif olunub


Bu günlərdə Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatında “Qalib ölkənin qələbələr partiyası: YAP 29 ildə” adlı tədbir keçirilib. Toplantıda rayonun ictimai həyatında fəal iştirak edən, həmçinin İkinci Qarabağ müharibəsi zamanı öz peşə borcunu layiqincə yerinə yetirən bir sıra şəxslər “Təşəkkürnamə” və “Fəxri fərman”la təltif olunub. Onların arasında Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun (ETAXİ) əməkdaşları da var.
ETAXİ-nin direktoru Həqiqət Qədirovadan aldığımız məlumata görə, sözügedən səhiyyə müəssisəsinin ümumilikdə 14 nəfər işçisi 27 sentyabr 2020-ci il tarixində başlamış 44 günlük Vətən müharibəsi zamanı döyüş bölgəsi və ətraf ərazilərə ezam olunaraq tibbi xidmət vəzifəsini şərəflə həyata keçirdiyi, Azərbaycan Ordusunun şəxsi heyətinin sağlamlığının qorunması naminə vəzifə borcunu layiqincə yerinə yetirdiyi üçün YAP Nizami rayon təşkilatı tərəfindən “Təşəkkürnamə”, eləcə də Nizami Rayon Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Şurası və Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun Həmkarlar İttifaqı Komitəsi tərəfindən “Fəxri fərman”la mükafatlandırılıblar. Onlar Döş qəfəsi cərrahiyyəsi şəbəsinin müdiri, həkim-ümumi cərrah Barat Bayramov, Ağciyər vərəm cərrahiyyə şəbəsinin müdiri, həkim-ümumi cərrah Zaur Həsənov, həmin şöbənin həkim-ümumi cərrahı Füzuli Əliyev, Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin böyük tibb bacısı Pərvanə Atakişiyeva, həmin şöbənin anestezioloqu Ülviyyə Səfərova, Ağciyərdən kənar orqanların vərəmi şöbəsinin tibb bacısı Gültəkin Əsgərova, Konsultativ poliklinika şöbəsinin tibb bacısı Təranə Qədirova, Döş qəfəsi cərrahiyyə bölməsinin elmi işçisi, həkim-ümumi cərrah Məsud Nəsirli, II Pulmonoloji şöbənin böyük tibb bacısı Xəyalə Nəbiyeva, I Ağciyər vərəm şöbəsinin böyük tibb bacısı Sevinc Əliyeva, I Pulmonoloji şöbənin tibb bacısı Lalə Edilova, Döş qəfəsi cərrahiyyəsi şöbəsinin böyük tibb bacısı Elvira Binnətova, həmin şöbənin tibb bacıları Rəhimə Məmmədova və Xatirə Allahverdiyevadır.
Bununla yanaşı, İnstitutun direktoru Həqiqət Qədirova, eləcə də bu müəssisənin bir qrup əməkdaşı koronavirus (COVİD-19) pandemiyası ilə mübarizədə xidmətlərinə və bu sahədə dövlətin həyata keçirdiyi siyasətə davamlı dəstəklərinə görə Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov tərəfindən “Fəxri fərman”a layiq görülüblər.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova