Bu yay 31 günvurma, 59 suda boğulma hadisəsi baş verib
Bu il yay mövsümündə Bakıda günvurma ilə bağlı təcili tibbi yardıma 31 nəfər müraciət edib. Onlardan 20 nəfəri hospitalizasiya olunub, digərlərinə isə yerində yardım göstərilib.
Bu haqda bizə Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev məlumat verdi. O, havaların nisbətən sərin keçməsi ilə əlaqədar günvurma hadisələrinə ötən illərlə müqayisədə daha az təsadüf edildiyini bildirdi.
Baş həkim həmçinin məlumat verdi ki, bu mövsümdə 59 suda boğulma hadisəsi qeydə alınıb. Onlardan 32 nəfəri vəfat edib, 20 nəfər hospitalizasiya olunub, 7 nəfərə isə yerində tibbi yardım göstərilib.