Azərbaycan səhiyyə naziri ÜST Avropa Regional Komitəsi sessiyasının texniki brifinqində çıxış edib
Danimarkanın paytaxtı Kopenhagendə keçirilən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Komitəsinin 74-cü sessiyası çərçivəsində “Vahid Sağlamlıq” mövzusunda texniki brifinq keçirilib. Sessiyada çıxış edən Azərbaycan nümayəndə heyətinin rəhbəri, səhiyyə naziri Teymur Musayev müzakirə olunan mövzunun aktuallığını vurğulayaraq qeyd edib ki, Azərbaycan çoxsahəli əməkdaşlıq, siyasət, təcrübə və təhsil yolu ilə “Vahid Sağlamlıq” Konsepsiyasının həyata keçirilməsini təşviq edir:31-10-2024, 12:35




