TDT ölkələri səhiyyə nazirləri Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər

TDT ölkələri səhiyyə nazirləri Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər

Şuşa şəhərində Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin səhiyyə nazirlərinin IV iclasında iştirak etmək üçün ölkəmizə gələn Türk Dövlətləri Təşkilatının Baş katibi, Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Şimali Kipr Türk Respublikasının səhiyyə nazirləri və Macarıstanın nümayəndəsi tədbir ərəfəsində Fəxri Xiyabanda Türk dünyasının böyük oğlu və Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək məzarı önünə əklil qoyub, tər gül dəstələri düzüblər.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da əziz xatirəsi yad olunub, məzarı üzərinə tər güllər düzülüb.
Daha sonra Şəhidlər Xiyabanı ziyarət olunub. Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda mübarizədə canlarını qurban verən qəhrəman Vətən övladlarının əziz xatirəsi ehtiramla yad edilib, məzarları üzərinə güllər düzülüb.

Şəhidlər xiyabanında 1918-ci ildə Bakının bolşevik-erməni daşnak qoşunlarından azad edilməsi uğrunda döyüşlərdə həlak olan qəhrəman türk əsgərlərinin xatirəsinə ucaldılan “Türk şəhidliyi” abidəsini ziyarət edən qonaqlar abidənin önünə gül dəstələri düzüblər.
Nümayəndə heyətləri həmçinin dünya memarlığının nadir incilərindən sayılan Heydər Əliyev Mərkəzini ziyarət ediblər. Məlumat verilib ki, Mərkəzin fəaliyyəti Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin, irsinin dərindən öyrənilməsinə və tədqiq edilməsinə yönəlib.


Xəbəri paylaş



İyun 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELAN

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova