Milli Məclisin Səhiyyə komitəsi qanunlara dəyişiklikləri müzakirə edib

Milli Məclisin Səhiyyə komitəsi qanunlara dəyişiklikləri müzakirə edib

Milli Məclisin Səhiyyə komitəsinin növbəti iclasında komitənin sədri Əhliman Əmiraslanov əvvəlcə gündəlikdəki məsələlər barədə məlumat verib. İclasda "Dərman vasitələri haqqında", "Yeyinti məhsulları haqqında", "Reklam haqqında" Qanunlarda və İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi barəsində qanun layihələri müzakirəyə təqdim olunub.
Komitə sədri "Dərman vasitələri haqqında" Qanuna təklif edilən dəyişikliklərin mahiyyəti barədə danışaraq bildirib ki, bu Qanuna əlavə ediləcək 4.8-ci maddəyə əsasən, normativ hüquqi aktların, o cümlədən texniki normativ hüquqi aktların tələblərinə cavab verməyən, keyfiyyətsiz, mənşəyi məlum olmayan, yararlılıq müddəti bitmiş dərman vasitələrinin satışı, satış məqsədilə saxlanması və ya idxalı qadağandır.
Qanuna edilən digər dəyişikliyə əsasən isə, 16-1.2.7-ci maddədə "bioloji aktiv əlavə və qida əlavəsi" sözləri "bioloji fəallığa malik qida əlavəsi" sözləri ilə əvəzlənəcək. Eyni dəyişiklik "Yeyinti məhsulları haqqında" Qanunun 7-ci maddəsinin beşinci hissəsində də edilir.
İclasda İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsi də müzakirə olunub. Məcəllənin 221.8 maddəsinə təklif olunan dəyişikliyə əsasən, üzərində və istifadə təlimatında (içlik vərəqlərində) "dərman vasitəsi deyildir" sözləri yazılmayan bioloji fəallığa malik qida əlavələrinin istehsalına, idxalına və ya satışına görə vəzifəli şəxslər 500 manatdan 800 manatadək, hüquqi şəxslər 1500 manatdan 2000 manatadək məbləğdə cərimə ediləcək. 221.9-cu maddəyə təklif olunan dəyişikliyə əsasən isə, bioloji fəallığa malik qida əlavələrinin həkim reseptinə yazılmasına görə vəzifəli şəxslər 50 manatdan 100 manatadək, hüquqi şəxslər 150 manatdan 200 manatadək məbləğdə cərimə ediləcək.
Qeyd olunub ki, “Reklam haqqında” Qanuna əlavə edilən yeni 30.7-ci maddəyə əsasən, bioloji fəallığa malik qida əlavələrinin reklamında onların dərman vasitəsi olmadığı haqqında məlumat verilməlidir.
Müzakirələrdən sonra qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə edilib.


Xəbəri paylaş




İyul 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elan

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova