Qadın tibb işçiləri təltif edildilər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə ölkəmizin ictimai həyatında, təhsil, səhiyyə və mədəniyyət sahələrində səmərəli fəaliyyətlərinə görə bir sıra qadını mükafatlandırmaq məqsədilə iki Sərəncam imzalayıb.
“Azərbaycan qadınlarına fəxri adların verilməsi haqqında” Sərəncama əsasən, iki nəfər – Bakı şəhəri 15 saylı Birləşmiş Şəhər Xəstəxanasının həkim-kardioloqu Ramella Quliyeva və Naxcıvan Tibb Kollecinin direktoru Sona Məmmədova “Əməkdar həkim” fəxri adı ilə təltif ediliblər.
Dövlət başçısının “Azərbaycan qadınlarının təltif edilməsi haqqında” Sərəncamı ilə isə Elmi Tədqiqat Tibbi Bərpa İnstitutunun Neyrokliniki və neyrofizioloji laboratoriyasının rəhbəri professor Sədaqət Hüseynova “Tərəqqi” medalı ilə mükafatlandırılıb.
Xəbəri paylaş