Prezident İlham Əliyev “VPS Healthcare” şirkətinin direktoru ilə görüşüb

Davos Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrə Konfederasiyasına işgüzar səfər edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev forum çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin “VPS Healthcare” şirkətinin direktoru Şamşir Vayalil ilə görüşüb.
Görüşdə Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında yüksək səviyyəli əməkdaşlığın olduğu qeyd edilib. Azərbaycan ilə “VPS Healthcare” şirkəti arasında səhiyyə sahəsində əlaqələrin yaxşı perspektivlərinin olduğu vurğulanıb, həmçinin bu sahədə əməkdaşlıqla bağlı məsələlər ətrafında müzakirələr aparılıb.
Xəbəri paylaş