Səhiyyə naziri Kürdəmirdə vətəndaşları qəbul edib

Səhiyyə naziri Kürdəmirdə vətəndaşları qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, dövlət orqanları rəhbərlərinin bölgələrdə səyyar qəbul günləri təşkil edilir. Bu münasibətlə tərtib olunmuş qəbul günləri qrafikinə uyğun surətdə səhiyyə naziri Oqtay Şirəliyev Kürdəmir Rayon Mərkəzi Xəstəxanasında vətəndaşlarla görüşüb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, qəbul zamanı nazir Kürdəmir, Ağsu, Hacıqabul və İmişli rayonlarının sakinləri olan 40 vətəndaşın sağlamlıq problemləri, işlə təminat və s. məsələlərlə bağlı müraciətlərini dinləyib.
Qaldırılan məsələlər nazirliyin müvafiq qurumlarının əməkdaşlarının iştirakı ilə araşdırılıb. Onların bir çoxu yerində həllini tapıb, digərlərinin həlli ilə bağlı göstərişlər verilib.
Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlər aidiyyəti üzrə çatdırılmaq üçün qeydiyyata alınıb və nəzarətə götürülüb.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova