Həkimlər təltif olundular
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sumqayıt şəhərinin sosial-iqtisadi və mədəni inkişafında xidmətləri olan bir qrup şəxsin təltif edilməsi ilə bağlı üç Sərəncam imzalayıb.
Mükafatlandırılanlar arasında tibb işçiləri də var. Belə ki, Sumqayıt Şəhər Uşaq Xəstəxanasının Reanimasiya şöbəsinin müdiri Firdovsi Abbasova, Sumqayıt 1 nömrəli Şəhər Xəstəxanasının Urologiya şöbəsinin müdiri Əhmədəli Həsənova, Sumqayıt şəhəri 3 nömrəli Uşaq Poliklinikasının baş həkimi Tacirə Həsənovaya və Sumqayıt şəhəri Vərəm Əleyhinə Xəstəxanasının baş həkimi Asif Quliyevə “Əməkdar həkim” fəxri adı verilib.
Sumqayıt 4 nömrəli Şəhər Xəstəxanasının Cərrahiyyə şöbəsinin müdiri Rəfiəli Novruzov, Sumqayıt Şəhər Səhiyyə Şöbəsinin məsləhətçisi Səkinə Sadıxova və Sumqayıt şəhəri Təcili Tibbi Yardım Xəstəxanasının Neyrocərrahiyyə şöbəsinin müdiri Emin Yaqubov “Tərəqqi” medalı ilə təltif olunublar.
Təbrik edirik!