Sahibkarlıq sahəsində yoxlamalara dair sənədlər qəbul edildi

Sahibkarlıq sahəsində yoxlamalara dair sənədlər qəbul edildi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Milli Məclisin qəbul etdiyi “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Qanunu imzalayıb.
Sənədə əsasən, Azərbaycanda sahibkarlığın inkişafını stimullaşdırmaq məqsədi ilə ölkə ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2 il müddətinə dayandırılır.
Bununla belə, Qanunun 2-ci maddəsində bildirilir ki, bir sıra hallarda, o cümlədən insanların həyat və sağlamlığına mühüm təhlükə yaradan hallarda, siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən və bəzi məhdudiyyətlər nəzərə alınmaqla yoxlamalar aparıla bilər.
Qanun 2015-ci il noyabrın 1-dən qüvvəyə minir.
Dövlət başçısı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Qanunun tətbiqi və bu yoxlamaların dövlət tənzimlənməsinə dair əlavə tədbirlər barədə Fərman da imzalayıb. Bu sənədlə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə aparılmasına yol verilən yoxlamaların Siyahısı” təsdiq edilib.
Yoxlama aparmasına icazə verilən icra hakimiyyəti orqanları siyahısında Səhiyyə Nazirliyinin də adı çəkilir. Belə ki, bu qurum sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslər barəsində dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi qaydalarına riayət edilməsi, həmçinin sanitar-gigiyenik qaydalara riayət olunması ilə bağlı yoxlamalar apara bilər. Yoxlamalar yalnız insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan halların mövcudluğuna əsaslar olduqda, İqtisadiyyat və Sənaye Nazirliyinin razılığı ilə aparılır.
Bundan əlavə, insanların həyat və sağlamlığına təhlükə yaradan digər təxirəsalınmaz hallarda da Səhiyyə Nazirliyi İqtisadiyyat və Sənaye Nazirliyinə əsaslandırılmış müraciət əsasında, həmin Nazirliyin razılığı və zəruri hesab edildikdə, onun əməkdaşının iştirakı ilə yoxlama apara bilər.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova