Səhiyyə qanunvericiliyinə dəyişikliklər edildi

Səhiyyə qanunvericiliyinə dəyişikliklər edildi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əhalinin sağlamlığına dair bəzi qanunvericilik aktlarına dəyişikliklər edilməsi ilə bağlı sənədlər imzalayıb.
Bunlardan ikisi “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa dəqiqləşdirmə xarakterli dəyişiklik edilməsi barədə Qanun və onun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamıdır.
Digər iki sənəd ölkəmizdə genetik modifikasiya olunmuş bitkilərdən, yaxud gen mühəndisliyi metodu ilə yaradılmış bitki materiallarından istifadə edərək yeyinti məhsulu istehsal, idxal edən və satan şəxslərin cinayət və inzibati məsuliyyəti ilə bağlıdır. Dövlət başçısı bununla əlaqədar Milli Məclisin Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi haqqında qəbul etdiyi qanunları imzalayıb. Yeni sənədlərə görə, genetik modifikasiya olunmuş ərzaq məhsullarının qanunsuz dövriyyəsi ilə bağlı cərimələr artırılır, müəyyən hallarda isə bu əməllərlə məşğul olanlar azadlıqdan da məhrum edilə bilərlər.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova