Səhiyyə naziri İsmayıllıda vətəndaşları qəbul etdi

Səhiyyə naziri İsmayıllıda vətəndaşları qəbul etdi

Ölkə başçısı İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, dövlət qurumları rəhbərlərinin bölgələrdə vətəndaşları qəbul günləri davam etdirilir. Bu münasibətlə xüsusi tərtib edilmiş səyyar qəbul günləri cədvəlinə uyğun olaraq, iyun ayında səhiyyə naziri Oqtay Şirəliyev İsmayıllı Mərkəzi Rayon Xəstəxanasında vətəndaşlarla görüşüb.
İsmayıllı ilə yanaşı, Qəbələ, Göyçay, Şamaxı, Ağdaş rayon sakinlərini də qəbul edən nazir onların əsasən xahiş və minnətdarlıq xarakteri daşıyan müraciətlərini diqqətlə dinləyib.
Qəbul zamanı vətəndaşların sağlamlıq, müalicə, sosial problemlər, işlə təminat və kadr məsələləri barədə xahişləri üstünlük təşkil edib. Ümumilikdə 30 nəfərlə görüşən Oqtay Şirəliyev Səhiyyə Nazirliyinin səlahiyyətlərinə aid məsələlərin operativ həlli üçün nazirliyin müvafiq struktur rəhbərlərinə tapşırıqlar verib. Vətəndaşların bir sıra müraciətləri yerindəcə həll edilib. Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər baxılması və müvafiq tədbirlərin görülməsi məqsədi ilə aidiyyətli qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova