Sizin Reklam Burada!

Leyla Əliyeva Tiranada uşaq evini və Universitet Xəstəxana Mərkəzini ziyarət edib

Leyla Əliyeva Tiranada uşaq evini və Universitet Xəstəxana Mərkəzini ziyarət edib

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Albaniyaya səfəri çərçivəsində paytaxt Tiranada fəaliyyət göstərən “Hannah və Rosafa” uşaq evini ziyarət edib.
AZƏRTAC xəbər verir ki, uşaq evi valideyn himayəsindən məhrum olan və ya sosial təhlükə mühitində yaşayan azyaşlılar üçün nəzərdə tutulmuş dövlət müəssisəsidir.
Qeyd olunub ki, qurumun fəaliyyəti xüsusilə 0-6 yaşarası uşaqların mühafizəsi, tərbiyəsi və onlara hərtərəfli qayğının göstərilməsi istiqamətinə yönəlib.
Bildirilib ki, müəssisədə uşaqlar erkən inkişaf dövründə ehtiyac duyduqları psixoloji dəstək, tibbi xidmət və mənəvi qayğı ilə əhatə olunurlar.
Sonra Leyla Əliyeva "Mother Teresa" Universitet Xəstəxana Mərkəzi ilə tanış olub.
Diqqətə çatdırılıb ki, Mərkəz bütün Albaniyada əsas dövlət universitet xəstəxanasıdır. Burada xəstələrə ixtisaslı kadrlar tərəfindən ən qabaqcıl texnologiyalardan istifadə olunmaqla yüksəksəviyyəli tibbi xidmətlər göstərilir.
Qeyd olunub ki, ölkənin əsas onkoloji xidməti burada cəmlənərək, xəstələrə şüa, kimyaterapiya və mürəkkəb cərrahi müalicə imkanları təqdim edilir.
Mərkəzdə hər bir uşağın sağlamlığına həssaslıqla yanaşılır, onların müalicə prosesi şəfqətli yanaşma və rəngarəng mühitlə dəstəklənir.





Xəbəri paylaş



Aprel 2026

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elan

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova