Səhiyyə naziri Oqtay Şirəliyev Qusarda vətəndaşları qəbul edib

Səhiyyə naziri Oqtay Şirəliyev Qusarda vətəndaşları qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, dövlət qururmlarının və mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri xüsusi müəyyən edilmiş qəbul günləri cədvəlinə uygun olaraq bölgələrdə vətəndaşlarla görüşürlər.
Səhiyyə naziri Oqtay Şirəliyevin növbəti qəbul günü Qusar rayonunda keçirilib. Mərkəzi Rayon Xəstəxanasında təşkil edilən qəbulda Şabran, Xaçmaz, Quba və Qusar rayonundan olan sakinlər iştirak ediblər. Nazir qəbul zamanı vətəndaşların yerli şəraitdə müalicəsi mümkün olamayn xəstəliklər, işlə təmin edilmə, sosial və digər məsələlərlə bağlı müraciətlərini dinləyib. Oqtay Şirəliyev Səhiyyə Nazirliyinin səlahiyyətlərinə aid məsələlərin operativ həlli üçün nazirliyin müvafiq sturukturlarının rəhbərlərinə tapşırıqlar verib. Vətəndaşların bir sıra müraciətləri yerindəcə həll edilib. Səhiyyə Nazirliyinin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər baxılması və müvafiq tədbirlərin görülməsi məqsədi ilə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb. Qəbul zamanı birbaşa müraciət edən vətəndaşlar da nazir tərəfindən qəbul edilib, onların istəklərinə diqqətlə yanaşılıb, problemlərinin birbaşa həlli üçün qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb. Qeyd edək ki, qəbulda ümumilikdə 24 nəfər iştirak edib.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova