Orqan transplantasiyası ilə bağlı qaydalara dəyişikliklər edildi

Orqan transplantasiyası ilə bağlı qaydalara dəyişikliklər edildi

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ölkəmizdə orqan transplantasiyası ilə bağlı qaydalara dəyişikliklər edilməsi barədə iki sənəd imzalayıb.
Bunlardan birincisi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 8 may tarixli 120 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsi üçün tələb olunan əlavə Şərtlər”də dəyişiklik edilməsi barədə Nazirlər Kabinetinin Qərarıdır.
Sənədə əsasən, həmin Şərtlərin 15-ci hissəsi aşağıdakı redaksiyada verilir:
“15. İnsan orqan və (və ya) toxumalarının dövriyyəsi üçün tələb olunan əlavə şərtlər:
15.1. gözün buynuz qişasının dövriyyəsi üçün tələb olunan əlavə şərtlər:
15.1.1. gözün buynuz qişasının idxalı üçün gözün buynuz qişasının Göz Bankı Assosiasiyaları Qlobal İttifaqı (Global Alliance of Eye Bank Associations) tərəfindən akkreditasiya olunmuş Göz Bankı tərəfindən tədarük olunmasını təsdiq edən sənəd;
15.1.2. gözün buynuz qişasının ixracı üçün gözün buynuz qişasını qəbul edən tibb müəssisəsinin Göz Bankı Assosiasiyaları Qlobal İttifaqı (Global Alliance of Eye Bank Associations) tərəfindən akkreditasiya olunmuş Göz Bankının olmasını təsdiq edən sənəd.”.
Qəbul edilmiş ikinci qərar Nazirlər Kabinetinin 2022-ci il 3 sentyabr tarixli 345 nömrəli Qərarı ilə təsdiq edilmiş “Transplantasiya məqsədilə donor orqanların idxalı və ixracı Qaydası”nda dəyişiklik edilməsi barədə Nazirlər Kabinetinin Qərarıdır.
Bu sənədə əsasən, “Transplantasiya məqsədilə donor orqanların idxalı və ixracı Qaydası”na aşağıdakı məzmunda 2.3.4-cü yarımbənd əlavə olunub:
“2.3.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 8 may tarixli 120 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsi üçün tələb olunan əlavə Şərtlər”in 15-ci hissəsi ilə müəyyən edilmiş təsdiqedici sənədlər (əlavə şərtlər olduğu halda).”.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova