Prezident İlham Əliyev: Azərbaycan ÜST ilə səmərəli əməkdaşlığı bundan sonra da davam etdirəcək

Prezident İlham Əliyev: Azərbaycan ÜST ilə səmərəli əməkdaşlığı bundan sonra da davam etdirəcək

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Gebreyesusun fəaliyyətini yüksək qiymətləndiririk. Azərbaycan təşkilatla səmərəli əməkdaşlığı bundan sonra da davam etdirəcək.
Bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin 7 Aprel – Ümumdünya Sağlamlıq Günü münasibətilə paylaşımında əksini tapıb.
Paylaşımda qeyd olunub ki, Ümumdünya Səhiyyə Təşkilatı özünün 75 illiyini qeyd edir: “Azərbaycan hər kəsin sağlamlığının təmin edilməsinə dair BMT-nin 3-cü Dayanıqlı İnkişaf Məqsədinin icrasına mühüm əhəmiyyət verir və bununla bağlı milli səviyyədə ardıcıl və məqsədyönlü fəaliyyət həyata keçirir. Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatı Ümumdünya Səhiyyə Təşkilatının dəstəyi ilə COVID-19 pandemiyası ilə mübarizədə qlobal liderlik nümayiş etdirmişdir. Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Gebreyesusun fəaliyyətini yüksək qiymətləndiririk. Azərbaycan təşkilatla səmərəli əməkdaşlığı bundan sonra da davam etdirəcəkdir”.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova