Azərbaycan Prezidenti Almaniyanın aparıcı şirkətləri ilə əməkdaşlığı müzakirə edib

Azərbaycan Prezidenti Almaniyanın aparıcı şirkətləri ilə əməkdaşlığı müzakirə edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniyaya səfəri çərçivəsində Berlində bu ölkənin aparıcı şirkətlərinin rəhbərləri ilə görüşü olub.
AZƏRTAC-ın verdiyi məlumata görə, görüşü açan tədbirin moderatoru, Almaniyanın Şərqi Biznes Assosiasiyasının baş icraçı direktoru Mixael Harms dövlət başçısını bütöv alman biznes cəmiyyəti adından salamlayıb.
Müxtəlif sektorları təmsil edən otuz alman şirkətinin, həmçinin Federativ Hökumətin nümayəndələrinin iştirak etdiyi toplantıda Prezident İlham Əliyev Azərbaycanın iqtisadi inkişafı üzrə planlar haqqında, xüsusilə ikitərəfli əməkdaşlıq çərçivəsində alman biznesləri üçün imkan və fürsətlər haqqında məlumat verib.
Sonra dəyirmi masa müzakirəsində enerji, logistika və infrastruktur, sənaye, kənd təsərrüfatı və maliyyə klasterləri üzrə şirkət rəhbərləri öz şirkətləri, Azərbaycanla bağlı planları və layihələri barədə qısa məlumat veriblər.
Biznes layhələri arasında səhiyyəyə aid məsələlər də olub.
“Falk and Zeitung” şirkətinin təsisçisi və baş icraçı direktoru Tomas Falk bildirib ki, Almaniyada iri özəl klinikalar şəbəkəsi olan “Sana Clinic” şirkəti ilə birgə işləyirlər: “60 müasir klinikaya əlavə olaraq “Sana Clinic” bütün Avropada tibbi avadanlığın istehsalı şəbəkəsinə malikdir. Hazırda “Sana Clinic” Mərkəzi Asiyada ambulator tibbi xidmətlər göstərir. Bundan sonra istərdik ki, Azərbaycan kimi ölkələrin də tibbi xidmətlər bazarına daxil olaq”.
Tomas Falk qeyd edilən səhiyyə sektoruna aid layihələr üzrə “Sana Clinic” şirkətinin fəaliyyəti üçün dəstək alacağına ümidvar olduğunu deyib: “Biz müvafiq vaxtda həmin məqsədlə görüşlər keçirmək üçün Azərbaycana səfər etməkdən məmnun olardıq”.
“Gerber Architekten” şirkətinin icraçı direktoru Marius Rayrko şirkətin memarlıq, landşaft üzrə memarlıq, şəhərsalma və interyer dizaynı ilə məşğul olduğunu deyib: “Biz 60 ildir ki, Almaniyada, həmçinin Səudiyyə Ərəbistanı və Çində, əsasən dövlət sektorunda inşaat işi ilə məşğuluq. Biz həmçinin Almaniyaya universitetlər, dövlət sektoru binaları, kitabxanalar, səhiyyə layihələri və ekoloji cəhətdən bir çox faydalı binalarla öz töhfəmizi veririk. Hazırda biz Səudiyyə Ərəbistanında faydalı qazıntılara və enerjiyə əsaslanan cəmiyyətdən bərpaolunan enerjiyə əsaslanan cəmiyyətə keçidi həyata keçiririk”. Marius Rayrko ötən il Azərbaycanda, Bakıda fəaliyyətə başladıqlarını, Qarabağa da səfər etdiklərini, danışıqlar apardıqlarını deyib. Bildirib ki, ölkəmizdə hər kəs üçün daha ağıllı və daha sağlam ətraf mühitin yaradılmasına dəstəyi alqışlayır.
Müzakirələrin sonunda Prezident İlham Əliyev Almaniya ilə Azərbaycan arasında həm haqqında danışılan, həm də digər sahələrdə güclü tərəfdaşlığı səbirsizliklə gözlədiyini deyib.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova