Türkiyədəki zəlzələdə zərərçəkənlər üçün Azərbaycanın tibb müəssisələrində 2 min çarpayı ayrılıb

Türkiyədəki zəlzələdə zərərçəkənlər üçün Azərbaycanın tibb müəssisələrində 2 min çarpayı ayrılıb

Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayev və türkiyəli həmkarı Fahrettin Koca arasında telefon danışığı olub.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, telefon danışığı zamanı Teymur Musayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və göstərişlərinə uyğun olaraq, Bakı və digər şəhərlərdə, o cümlədən Naxçıvan Muxtar Respublikasında yerləşən tibb müəssisələrinin zəlzələdə zərər çəkmiş şəxslərin müalicəsi üçün hazır vəziyyətə gətirildiyini türkiyəli həmkarının diqqətinə çatdırıb.
Nazir bildirib ki, həmin məqsədlə ümumilikdə tibb müəssisələrində iki min çarpayı ayrılıb. Ehtiyac olduğu təqdirdə, azərbaycanlı tibb mütəxəssisləri yaralanmış şəxslərin müalicəsinə tibbi dəstək göstərməyə tam hazırdır.
Teymur Musayev yaralıların tezliklə sağalmasını arzulayıb və həlak olmuş şəxslərin ailələrinə Allahdan səbir diləyib.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova