“Səhiyyənin transformasiyası mərkəzi” işçi qrupunun növbəti iclası keçirilib

“Səhiyyənin transformasiyası mərkəzi” işçi qrupunun növbəti iclası keçirilib

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 13 may tarixli Fərmanının 1-ci bəndinin icrası məqsədilə Səhiyyə Nazirliyində “Səhiyyənin transformasiyası mərkəzi” işçi qrupunun növbəti iclası keçirilib.
Tədbirdə Səhiyyə, Rəqəmsal İnkişaf və Nəqliyyat, Əmək və Əhalinin Sosial Müdafiəsi, Maliyyə nazirliklərinin, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, “ASAN xidmət”, həmçinin İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin vəzifəli şəxsləri iştirak ediblər.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin bildirdiyinə görə, “Səhiyyənin transformasiyası mərkəzi” işçi qrupunun rəhbəri, səhiyyə naziri Teymur Musayev işçi qrupun üzvlərinə səhiyyə sektorunda tələb olunan dəyişikliklərlə bağlı təklif və layihələrin 3 ay müddətində ölkə rəhbərliyinə təqdim edilməli olduğunu xatırladıb: “Qısa müddətdə əsas sənədlər üzərində müvafiq qaydada işlər görülüb. Bu vaxt ərzində səhiyyə sektoru iştirakçılarının məsuliyyət, hüquq, səlahiyyət və vəzifələri ilə bağlı kifayət qədər araşdırmalar aparılıb. Mövcud ziddiyyətlərin aradan qaldırılması məqsədilə qanunvericilik sənədləri hazırlanıb. Ümumilikdə səhiyyə sahəsinin təkmilləşdirilməsi ilə bağlı təkliflər verilib”.
Sonda işçi qrupu üzvlərinin ötən iclasda verilən tapşırıqlarla bağlı hesabatları dinlənilib.





Aprel 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova